Ərdoğanla İmran Xan arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş Naziri İmran Xan arasında telefon danışığı olub. “Qafqazinfo” bildirir ki, bu barədə “Ahaber” xəbər verib.

Metbuat.az-ın məlumata görə, Pakistanın Baş Naziri İzmirdə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə Prezidentinə zəng edib, başsağlığı və həmrəylik mesajlarını çatdırıb.

Ərdoğan İmran Xana təşəkkürünü bildirib və ötən həftə Peşavarda törədilmiş terror aktı ilə əlaqədar bir daha ona başsağlığı verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR