“Microsoft Teams” Azərbaycan dilinə tərcümə edildi

Artıq “Virtual məktəb” istifadəçiləri "Microsoft Teams" platformasından Azərbaycan dilində istifadə edə bilərlər.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bunun üçün şəxsi səhifədə parametrlər bölməsində dil siyahısından Azərbaycan dilini seçmək, “yaddaşda saxla və tətbiqi yenidən başlat” düyməsini seçmək lazımdır.

Bununla bağlı hazırlanmış video təlimatı təqdim olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR