Rəvan Lətifov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olub.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, 2014-cü ildən Oğuz rayonu Sincan kənd tam orta məktəbində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı olaraq işləyib.