Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 901 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 8,8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 19,1%, kimya sənayesində isə 13,2% artıb.
Məlumata əsasən, əsas kimya məhsullarından metanol istehsalı 14,2%, propilen istehsalı 6,7%, etilen istehsalı 4,2% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,3 dəfə, bərk polipropilen boruların istehsalı 14,8% artıb.
Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri | 2020-ci il, yanvar-oktyabr | 2019-cu ilin yanvar-oktyabrı ilə nisbətən, % |
Azot, min kub m | 18 579,3 | 98,1 |
ondan əmtəəlik | 330 | 41,8 |
Yod, ton | 151,6 | 93,9 |
Oksigen, min kub m | 2 379,9 | 80,2 |
ondan əmtəəlik | 2 341,6 | 80,3 |
Propilen, min ton | 79,7 | 106,7 |
ondan əmtəəlik | 75,5 | 101,5 |
Polietilen, min ton | 106,4 | 112,2 |
Etilen, min ton | 102,1 | 104,2 |
Metanol (metil spirti), min ton | 411,7 | 114,2 |
Lak-boya məmulatları, ton | 11 725,8 | 57,8 |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton | 28 918,6 | 125,7 |