Əsgərlərimiz Paşinyanın yallı getdiyi Cıdır düzündə... -

Şuşanı işğaldan azad edən Azərbaycan ordusunun əsgərləri Cıdır düzündə olublar.

Unikal.org xəbər verir ki, yayılan görüntülərdə hərbiçilərimiz Ermənistanın Baş naziri Nikol Paşinyana mesaj veriblər.

"Paşinyan yallı getdiyi yer. Nə oldu Paşinyan bəs vermirdin? Kimdir səndən istəyən? Gəldik, götürdük, aldıq. Eşq olsun Azərbaycan ordusuna" - deyərək əsgərimiz bildirib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR