.

Bakıya yeni liftlər gətirildi - FOTOLAR

.

Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamının icrasına uyğun olaraq, ötən il Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti arasında imzalanmış müqaviləyə əsasən, paytaxta alman istehsalı olan 581 ədəd yeni lift gətirilərək quraşdırılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Metbuat.az-a verilən məlumata görə, 2020-ci ildə də şəhərdə yeni liftlərin quraşdırılması davam etdirilir:

“Cari il üçün Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi ilə Wittur Holding GMBH şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən daha 625 ədəd liftin alınaraq Bakıya gətirilməsi nəzərdə tutulub.

Bir neçə gün əvvəl ilkin olaraq 240 ədəd yeni lift Bakı şəhərinə gətirilib. Xaricdən gətirilən liftlər və digər avadanlıqlar “Lifttəmir” İstehsalat Birliyinin əməkdaşlarına təhvil verilib. Yeni liftlər paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında, istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılıcaq.

Əlavə olaraq liftlərə operativ xidmətin göstərilməsi üçün 5 ədəd yeni avtonəqliyyat vasitəsi də alınıb”.

Həmçinin qeyd edilib ki, köhnə liftlər demontaj edilir, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunur, otaqların üstünə ruberoid şəkilir:

“Yeni liftər müasir elekton sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı UPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur.

Eyni zamanda alınan liftlərə xidmət göstərilməsi üçün mərkəzi dispetçer xidməti sistemi qurulub, bura lazımı texniki avadanlıqlarla təchiz edilib və liftlərin göstəriciləri daim nəzarətdə saxlanılır. Yeni liftlər istismara verildikcə bu məntəqəyə qoşulacaq.

Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnib. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kq və 0,71 metr/saniyə idi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR