"İran Türkiyənin çətin zamanlarda yanında olduğunu unutmamalıdır” -

“Ermənistanın Azərbaycan torpaqlarını işğalının, bundan zərər görmüş bir xalqda yaratdığı hislər, təsirli bir şəkildə dilə gətirilib və heç bir şəkildə İranın adı çəkilməyib, nəzərdə belə tutulmayıb. Qəsdən mənasından qoparılan bir şeir bəhanə edilərək prezidentimizə və ölkəmizə qarşı işlədilən təcavüzkar ifadələri qınayırıq”.

Metbuar.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, bu sözləri Türkiyə Respublikası Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

F.Altun bildirib ki, Rəcəb Tayyib Ərdoğanın Bakıda səsləndirdiyi şeir vasitəsilə süni gərginlik yaradılmağa çalışılır.

“Cənab prezidentimiz şanlı bir mübarizə ilə Qarabağdakı işğala son qoyan Azərbaycanın qazandığı tarixi zəfərin təntənəsinə ortaq olmaq məqsədilə bu misralara nitqində yer verib. Qonşu bir ölkənin bölgənin sülhü və əmin-amanlığı adına da yeni bir səhifə açılmasına zəmin yaradan haqlı zəfərinin təntənəsini paylaşmaq əvəzinə, bir şeirin işarə etdiyi mənanı təhrif edərək mənasız bir gərginlik yaratmağa çalışmaq və bu günə qədər işğalçı mövqedə duran Ermənistanı sevindirəcək bir yanaşma nümayiş etdirməsini anlamaqda çətinlik çəkirik”, - deyə F.Altun qeyd edib.

F.Altun bildirib ki, İran Türkiyənin çətin zamanlarda beynəlxalq təzyiqlərə də tab gətirmək bahasına İran dövlətinin və xalqının yanında dayanaraq, onlara dəstək olduğunu unutmamalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR