Konsert verdiyi üçün qınanan Şəbnəm Tovuzlu:

Dekabrın 30-u Moskvada solo konsert verdiyi üçün qınaq obyektinə tuş gələn müğənni Şəbnəm Tovuzlu səssizliyini pozub.

Metbuat.az sfera.az-a istinadən xəbər verir ki, ifaçı onu tənqid edənlərə cavab verib.

"Mənim əzizlərim, mən atdığım hər addımı düşünərək atıram. Hər zaman vətənimə, xalqıma , əsgərimə, şəhidimə sayğılı olmuşam. Biz bu günlərdə həm sevinmişik, həm ağlamışıq. Unutmayın ki, mən burada Vətənimin bayrağını qaldıracam. Bu düşmənə bir dağdır və mən şəhidlərimizin 40 gününü gözlədim. Hazırda Ağdamda konsert veren sənətkarlarımız var. Bunları da bilməyən yoxdur. Kanallarımızda yolka qurulub, konsert verilir, açın gözünüzü yaxşı baxın. Bizləri qınamaqda birincisiniz. Amma hər zaman kasıbın da, xəstənin də yanında olub, əlini tutan biz ifaçılar olmuşuq. Oturub boş-boş danışmayın. Mən bilirəm nə edirəm.

Şuşa, Zəngilan, Ağdam, Laçın alınan günü küçələrdə, maşınlarda, balkonlarda mahnılar qoyub şalaxo gedənlər sizlər deyildinizmi? Halbuki iki saat qabaq tabutlarda şəhid gedirdi . Bunu niyə düşünmürdünüz onda? İndi iki ay keçib qələbə olub, əsgərlərimizin bəziləri də evinə yollanıb. Burda mənim qələbəmiz adına verdiyim konsert sizlərin ürəyinə bir dağ oldu. Mən uşaq deyiləm, ağıllı xanımam və hər deyilənə də baş qoşmuram", - deyə Ş.Tovuzlu bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR