Müğənni Tacir Şahmalıoğlu səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.
Metbuat.az xəbər verir ki, ifaçı “Xəzər TV”yə açıqlamasında şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Tacir Şahmalıoğlu səhhətində yaranan problemin öd kisəsi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, İstanbulda əməliyyat olunduqdan sonra Bakıya qayıdıb və burada qəfil şiddətli ağrılar başlayıb.
“Demək olar ki, məni yıxmışdı. İstanbulda əməliyyat olunub bura gəldim. Qəfildən ağrılarım başladı. Sən demə, öd partlayıb və daxili orqanlara yayılıb. Məni o vəziyyətə salan öd imiş. Həkim deyir ki, bir aya normal vəziyyətə qayıdacağam. Hələ 10 gündür”, – deyə müğənni bildirib.