MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum oldu

Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına ümumilikdə 21 milyon 291 min 868 manat ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanında qeyd olunub.

Bu vəsaitin 3 milyon 774 min 807 manatı MSK-nın saxlanılması üçün ayrılan xərclərə aiddir.

Fərmana əsasən, ayrılan vəsaitin 5 milyon 251 min 155 manatı 2021-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsi, 12 milyon 265 min 906 manatı dairə seçki komissiyalarının saxlanılması üçün nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR