ABŞ-da 6 yanvar qiyamı Azərbaycan müxalifətinin bütün arqumentlərini dağıtdı -

Azərbaycanda “radikal müxalifət” düşərgəsinin, konkret olaraq “AXCP-Musavat” cütlüyü təmsilçilərinin oturub düşünmələri, ötən illərdəki yanlışlarını təhlil etmələri, səhvlərindən nəticə çıxarmaları üçün yaxşı fürsət yaranıb. Fransanın II Qarabağ savaşı zamanı sərgilədiyi qərəzli hərəkətlərə; ABŞ-da 6 yanvarda baş verənqiyama və bu qiyama qarşı sərgilənən münasibətə istinad edib fəaliyyətlərini yenidən qura bilərlər. 26 ildir ki, bu düşərgə təmsilçiləri ABŞ və Fransa daxil olmaqla ümumilkdə Qərbi “demokratiya qibləgahı” elan ediblər; Qərbdən gələn tapşırıların, mesajların milli maraqlara, demokratik prinsiplərə uyğunluğunu mübahisələndirməyiblər, onları qeyd-şərtsiz icra ediblər. Belə davranışlarına görə irad bildirənləri isədaş-qalaq ediblər. ABŞ-da yanvarın 6-da baş verən hadisələr “radikal düşərgə” təmsilçilərinin 26 illik arqumentlərini, daşlaşmış, bütləşmiş tezislərini alt-üst etdi. Onlara öz yanlışlarından qurtarmaq üçün şans verdi.

ABŞ-da yanvarın 6-da Konqres binasına basqın edilib, parlamentin işinə zorakı müdaxilə olunub, yeni seçilmiş prezidentin səlahiyyətlərinin təsdiqlənməsinin qarşısını almaq üçün qanunsuz hərəkətlərə yol verilib. Azərbaycanda da xırda təfərrüatları çıxmaq şərtilə 2020-ci ilin iyul ayının 14-də bənzər hadisələr yaşanıb. İyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda yürüş keçirilib. Aksiyanın sonunda bir qrup şəxs qanunları kobud surətdə pozaraq, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olub, polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər. Nəticədə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub.

Amma baş vermiş bu analoji hadisələrə qarşı hüquq mühafizə orqanları tərəfindən sərgilənən münasibət fərqlidir. Azərbaycanda 14 iyul hadisəsi üzrə qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərdən bir neçəsi saxlanılıblar, barələrində hüquqi ölçü götürülüb.

ABŞ-da isə eyni hadisəyə görə polis atəş açaraq5 nəfəri öldürüb, 52 nəfəri isə həbs edib. Prosesin gedişində rəqəmlərin artacağı istisna deyil. Öldürülənlərdən biri, 35 yaşlı qadınAshli Babbitt ABŞ Hərbi Hava Qüvvələri qazisidir. Bu azmış kimi, yeni prezident Bayden deyir ki, baş verənlər terrordur, iştirakçılar da terrorçu. Hər kəs ABŞ-da yaşananları pisləyir: qiyam edənlər də, etirazçılara qarşı vəhşicəsinə davrananlar da qınanırlar. Polisin hərəkətləri adekvat olmayıb, güc tətbiqi bütün standartları aşıb.

Təkcə ABŞ-ın “monopolist” insan hüquq müdafiəçiləri, bir də Azərbaycanın “radikal müxalifət” təmsilçiləri susurlar. Azərbaycanda 2020-ci ilin 14 iyul hadisələri zamanı qanun pozucuları öldürülmədilər, yaralanmadılar, sadəcə pozuntuya yol vermiş şəxslər barədə inzibati-hüquqi ölçü götürüldü. Buna rəğmən ABŞ insan hüquqları müdafiəçiləri səs-küy saldılar, Bakıda parlament binasını dağıdanları “siyasi məhbus” adlandırdılar. İnternet üzərində aparılan axtarışlar götərir ki, ABŞ –ın insan hüquqları üzrə ixtisaslaşmış təşkilatları Bakıda həbs olunanlara görə 10-dan yuxrı bəyanatlar veriblər, “Azərbaycan polisinin sərt davranışından narahat olduqlarını” dilə gətiriblər.

Açıq-aşkar görünür ki, Vaşinqton və Qərbin müxtəlif institutları iyulun 14 də Azərbaycan parlamentinə hücumla 6 yanvarda ABŞ Konqresinə olan hücumu ayrı tuturlar. Onların yanaşmasından belə çıxır ki, eyni hadisə Vaşinqtonda baş verəndə terror və qiyam, Azərbaycanda isə “xalqın istəyi və ya hakimiyyətin basqısı” olur. Vaşinqtonda qiyam iştirakçıları terrorçu, Azərbaycanda isə günahsız insanlar adlandırılırlar. Vaşinqtonda polis qəddarlığı, 5 nəfərin ölümü“demokratiyadır”, Azərbaycanda isə vandalların həbsi “anti-demokratiya”. Əlbəttə, bütün bunlar siyasi manipulyasiyadır.

“Radikal düşərgə” təmsilçiləri bu suallar ətrafında düşünməlidirlər. Axı Qərbin və ABŞ-ın Azərbaycana qarşı 2-li standartlarla yanaşması ilk dəfə elə onların hakimiyyətləri dövründə baş verib. Bədnam 907-ci düzəliş ("Azadlığa Dəstək" Aktına əlavə edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş) ABŞ Konqresi tərəfindən 1992-ci ildə-AXC-Musavat cütlüyünün hakimiyyəti dövründə qəbul edilib,Azərbaycan Dağlıq Qarabağın "işğalı" və Ermənistanın blokadada saxlanılması kimi absurd ittihamla qarşılaşıb. Bu düzəlişin qəbul edilməsi ilə Qərb bir tərəfdənözünün qeyri–obyektivliyini göstərdisə, digər tərəfdən AXC-Musavat hakimiyyətini rüsvay etdi, onların bacarıqsızlığını göstərdi. “Radikallar” indi bu faktları qabarda bilərlər. 6 yanvar qiyamına istinad edib Qərbin Azərbaycana qarşı 2-li standartlarından danışa bilərlər. “Sorosun” və ermənipərəst dairələrin Azərbaycanda maliyyələşdirdikləri 5-ci kolonun qalıqlarının yanında yer tutmaqdan qurtara bilərlər. Bəlkə də uzun illər ərzində bağlı olduqları bu şəbəkələrin təsirindən çıxa bilmirlər. Amma fürsətdir. Qərb qısa zaman kəsiyindəo qədər yanlışlara yol verdi ki, onun yanlışlarını tənqid etmək üçün özü əsas yaratdı.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR