Teledərslərin sabaha olan cədvəli açıqlandı

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının Feysbuk səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 14-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Metbuat.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi Yutub kanalı ilə yanaşı, “Dərs vaxtı”nın Feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından izləyə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR