Nazir:

Azərbaycan məktəblərində heç də bütün siniflərdə sıxlıq eyni dərəcədə təşkil etmir. Hazırda 85600 sinifdən 49 minində sinifdə şagird sayı 20 nəfərdən azdır. Azərbaycanda 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir".

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, sıxlıqlarla, sosial məsafələrlə bağlı vəzityyət yaxşılaşarsa, sinflərin ənənəvi formaya qayıtması ilə bağlı vəziyyət düzələr.

“Azərbaycanda 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir. Bizim sıxlıq olan siniflərdə ciddi problemlərimiz olacaq. Bu da azlıq təşkil edir. Həftədə 3 dəfə dərslərin açılması zərurətdən irəli gəlir. Pandemiya şəraitində ən vacib göstərici sıxlığın idarə olunmasıdır”, - deyə nazir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR