Qaradağda dəfn olunmuş şəhidlərimizin nəşi Şəhidlər Xiyabanına köçürüldü

Qaradağ rayonu ərazisində dəfn olunmuş şəhidlərimizin nəşi İkinci Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanına köçürülüb.

Metbuat.az xəbər verir ki, ümumşəhər qəbristanlığında dəfn edilmiş 18 Vətən müharibəsi şəhidinin məzar yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcə şəhid ailələri ilə görüş keçirilib.

Ümumi razılıq əsasında həmin şəhid məzarlarının II Şəhidlər xiyabanına köçürülməsi qərara alınıb.

Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. Məzarlarda su aşkar edilməyib.

Azərbaycanda şəhidlərin əziz xatirəsi həmişə uca tutulub.

Ruhları şad olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR