Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredovun görüşü İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının mayın 27-28-də Küveytdə keçirilən 42-ci toplantısı çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün regional əməkdaşlığın inkişaf etdirilməsi baxımdan əhəmiyyəti vurğulanıb.
Bu il yanvarın 29-da Aşqabadda keçirilmiş üçtərəfli görüşdə əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə inkişafına dair ətraflı müzakirələrin aparıldığı qeyd olunub.
Üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.