Vilayət Eyvazov sabiq rəisi işdən çıxardı

Daxili İşlər orqanlarında növbəti dəyişiklik olub.

Metbuat.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin İnzibati Təcrübə üzrə Baş inspektoru, polis polkovnik-eytenantı Tofiq Quliyev işdən çıxarılaraq, sərəncama götürülüb. Qeyd edək ki, T.Quliyev bundan öncə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. O, rayon ərazisində dayanma-durma, parklanma qaydalarının tez-tez pozulması, bunun nəticəsində isə yollarda tıxac yaranmasına görə, vəzifəsindən azad olunmuşdu. (unikal.org)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR