"COVID-19 peyvəndi Milli peyvənd təqviminə salına bilər" -

“COVID-19 peyvəndi Milli peyvənd təqviminə salına bilər, bu, yalnız Azərbaycanda deyil, dünyada müzakirə olunur”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışında deyib.

O bildirib ki, bu infeksiyanı keçirənlərdə immunitet yaranır: “Qoruma 6 ay 1 il müddətinə olursa, sonra yenidən yoluxma baş verirsə, onlara təkrar peyvənd vurulmalıdır. Hər bir ölkə özü qərar verib bunu təqvimə salır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR