“Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir”

“Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir”.

Metbuat.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Zaxarova erməni jurnalistin Əsgəran üzərindən Vardenis-Ağdərə və Ağdərə-Xankəndi yolu ilə hərəkətin bərpası məsələsinin Qarabağ üzrə üçtərəfli işçi qrupun müzakirəsinə çıxarılacağı ilə bağlı sualına cavabında bildirib:

“Xatırladım ki, üç ölkə liderlərinin 9 noyabr tarixli bəyanatının 6-cı bəndinə uyğun olaraq Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir. Bunu siz də bilirsiniz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR