"WhatsApp" bu istifadəçilərə məhdudiyyətlər tətbiq edəcək

"WhatsApp" messenceri yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilər üçün tətbiqin funksiyalarını məhdudlaşdıracaq.

Metbuat.az xəbər verir ki, 15 may tarixinədək istifadəçilər yeni qaydaları qəbul etməyə bilər. Lakin qeyd edilən tarixdən sonra "WhatsApp" tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq.

Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçilərin qeydiyyat hesabını silə bilər.

Xatırladaq ki, “WhatsApp” fərdi məlumatların “Facebook”a ötürülməsinə dair bənd əlavə edərək istifadəçi müqaviləsini yeniləyib və bu da istifadəçilərin tənqidinə səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR