İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? -

Marşrut avtobus sürücülərinin bu gün 17:00-dan sonra ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə söz-söhbət dolaşmaqdadır.

Metbuat.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev hələ ki heç bir məhdudiyyətin olmadığını deyib. M.Ağayev avtobus sayının artırlması ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Bu gün və sabah nəqliyyatın hərəkəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Hazırda avtobus sayının artırılmasına ehtiyac yoxdur. Yolların buz hissəsi təmizlənərsə gecikmə halları müşahidə olunmayacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR