Bakı, 27 may, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm sahələrində təbliğat işinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci il 2 aprel tarixli əmrinə əsasən Avropa Oyunları ərəfəsində və bilavasitə oyunlar zamanı müxtəlif açıq və qapalı məkanlarda Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbə kontingentindən ibarət müxtəlif kütləvi əyləncəli konsert proqramlarının təşkil olunması məqsədilə mayın 29-da BXA Lökbatan qəsəbəsindəki mədəniyyət evində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi və “Keçmişdən gələcəyə doğru” gənclər hərəkatının iştirakı ilə konsert proqramı təqdim edəcəkdir.
Konsertdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin, digər mədəniyyət müəssisələrindən dəvət olunan gənc vokal ifaçılarının və xanəndələrin iştirakı ilə rəqs, vokal və muğam ifaları nəzərdə tutulub. Konsertə şəhərimizin qonaqları, turistlər, yerli sakinlər, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunurlar.