Gəncədə ər və arvad dəm qazında zəhərlənib

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

1991 ci il təvəllüdlü Nəsibov Said Vaqif oğlu və onu həyat yoldaşı 1995 ci il təvəllüdlü Nəsibova Lamiyə Nəsib qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstələrə lazimi tibbi yardım göstərilib,vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ər və arvad yaşdığı evin vanna otağında dəm qazından zəhərlənib. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR