Bu avtomobillərə tələb kəskin artacaq -

Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin ötən ilin nəticələrinə dair hesabatında elektromobillərin idxalında güzəştlərin olacağı qeyd edilmişdi.

Dövlət Gömrük komitəsindən Metbuat.az-a özəl verilən məlumata görə 2020 ci ildə Azərbaycana 8 330.58 mln. ABŞ dolları dəyərində 167 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib.

2021-ci ilin yanvar-fevral ayı ərzində yalnız 10 ədəd elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri, 1042 ədəd isə daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirdi ki, bu gün elektromobillər Azərbaycana rəsmi dilerlər tərəfindən gətirilir. Tanınmış brendlərin orta komplektasiya modelləri 60 000 manat civarındadır.

“Bu məbləğin ən azı 25 faizi onun rüsumlarını təşkil edir. Bu eyni seqmentdə olan benzin modellərdən elə 25% də bahadır. Bunun üçün bir çox ölkələrdə belə maşınlara dövlət tərəfindən maliyyə güzəştləri edilir ki, vətəndaşlar onu alsınlar. Çünki ekoloji təmiz avtomobil daha səmərəli, daha sərfəli və adından bəlli olduğu kimi təhlükəsiz və ekoloji təmizdir’’.

Ekoloji təmiz avtomobillərə dövlət tərəfindən ediləcək güzəşt çərçivəsində hibrid avtomobillərin ƏDV-dən azad edilməsi, yeni avtomobillərin rüsumlarının azaldılması və güzəştli kredit şərtləri təqdim olunması da nəzərdə tutulub.

Eldəniz Cəfərli deyir ki, güzəştlərlə bağlı Avropanın təcrübəsindən istifadə etmək olar.


“Avropada maşınlar əsasən kreditlə alınır. Orada avto -kredit şərtləri sadə, faizləri isə aşağıdır. Eyni üsulu bizim ölkədə tətbiq etməyi təklif eidrik. Ekoloji təmiz avtomobillərə verilən kreditlərin şərtləri sadələşməlidir.

Bunun üçün təzə avtomobillərin ilkin ödənişləri 20 %-ə endirilməlidir. Həmçinin KASKO sığorta və bank kreditləşməsi faizləri də azaldılsa yaxşı olar. Avropa təcrübəsindən bəhrələnərək KASKO üzrə ödənişləri 50 %-dək azalda bilərik.

Həmçinin ölkəyə idxal olunan elektromobillərə görə alınan 15 %-lik rüsumu 5 %-ə endirə bilərik. Hazırda hibrid avtomobilləri ənənəvi yanacaqla çalışan avtomobillər eni qaydalarla qeydiyyata alınır.

Amma burada da fərqləndirmə olmalıdır. Bunun üçün isə ekoloji təmiz avtomobillər (elektromobil, hibrid və hidrogen mühərrikli avtomobillər) eyni kateqoriyada salınmalıdır ki, bütün güzəştlər hamısına aid olsun. Hesab edirəm ki, belə bir addımların atılması avtomobillərin qiymətinin də 20 % civarında azalmasına səbəb olacaq”.

Ehtiyat hissələrini həmin marka modellərini rəsmi gətirən şirkətlər təmin etməlidirlər. Və bu, mümkündür. Rəsmi dilerlər gətirdikləri modellərin servisini təşkil edə bilirlər’’.

Qeyd edək ki, hazırda dünyada ən çox ABŞ tərəfindən yaşıl enerjiyə trilyonlarla dollar sərf edilir. Buna da səbəb gələcəkdə benzinlə çalışan avtomobillərə tələbatın kəskin azaldılması ilə bağlıdır. Xüsusilə də Avropada dizellə işləyən avtomobillərin qadağan olunacağı xəbərləri elektromobil bazarının inkişafa doğru getdiyinə işarədir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR