"Skype" proqramına zəng zamanı fondakı kənar səslərin aradan qaldırılması

"Microsoft" korporasiyası "Skype" proqramına çoxdan gözlənilən funksiyanı əlavə edib. İndi proqramda səsli və videozəng zamanı fondakı kənar səsləri aradan qaldırmaq mümkün olacaq.

Metbuat.az "ICTnews" istinadən xəbər verir ki, sözügedən funksiya "Windows" əməliyyat sistemində işləyən "Skype Preview 8.70.76.48" versiyasında sınaqdan keçirilir. Şirkət, həmçinin proqrama bəzi digər funksiyalar da əlavə edib.

Məsələn, "Skype"da veb-girişlərin idarə edilməsi (WAM) dəstəyi, videozəng iştirakçılarına baxış düyməsi əlçatan olacaq.

Həmçinin korporasiya "Skype"ın veb-versiyasına fonun bulanıq edilməsi, telefon nömrəsi üzrə əlaqələrin axtarışı funksiyalarını əlavə etməyi planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR