Dünyanın ən xoşbəxt ölkəsi açıqlandı

Finlandiya ardıcıl dördüncü dəfə dünyanın ən xoşbəxt ölkələrinin siyahısına başçılıq edir.

Metbuat.az xəbər verir ki, bu barədə BMT-nin Stabil inkişaf həllərinin axtarışı üzrə bölməsi məlumat yayıb.

Reytinqdə dünyanın 149 ölkəsi gözlənilən ömür uzunluğu, sosial dəstək, korrupsiya və digər göstəricilər üzrə qiymətləndirilib.

Ən xoşbəxt 10 ölkə sırasına İslandiya, Danimarka, İsveçrə, Niderland, İsveç, Almaniya, Norveç, Yeni Zelandiya və Avstraliya daxil olub. ABŞ 14-cü, Böyük Britaniya 18-ci, Fransa isə 20-ci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR