“Fərqli fərdlərin sosial adaptasiyası” yekunlaşıb

"Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Gənclər Fondunun dəstəyilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində "Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını yekunlaşdırıb.

Layihə çərçivəsində Maştağa qəsəbəsində yaşayan, risk qrupuna daxil olan, bir qrup xüsusi qayğıya ehtiyacı olan gənclər (ümumi say 48 nəfər) 3 ay ərzində qlobal COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu bir zamanda onlayn qaydada layihə barədə məlumatlandırma prosesinə cəlb olunub. Koronavirusun yaratdığı bu situasiyada layihə iştirakçılarına, ictimaiyyətin nümayəndələrinə layihə barədə donor və icraçı təşkilat göstərilməklə ətraflı məlumatlar verilib.

Layihə ardıcıl və mərhələli üsulla həyata keçirlib. 3 ay ərzində icra olunan layihəyə 48 nəfər gənc (24 qız və 25 oğlan) cəlb olunub. Layihə barədə mütəmadi olaraq ictimaiyyət, KİV və sosial şəbəkələrdə məlumatlar yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR