Ermənistan türk mallarına qadağaların müddətini uzatdı

Ermənistan hökuməti Türkiyə istehsalı məhsullara tətbiq etdiyi qadağaların müddətini uzadıb.

Metbuat.az Tass agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyindən açıqlama verilib. Bildirilib ki, qadağalara baxmayaraq Ermənistanda qanunsuz yollarla türk mallarının satışı davam edir. Buna görə də, qadağalar həmçinin türk mallarının satışına da şamil edilib.

Qeyd edək ki, Ermənistan Türkiyənin Qarabağ müharibəsi zamanı Azərbaycan ordusuna dəstək verdiyini irəli sürərək, türk mallarına qadağa tətbiq etdiyini açıqlamışdı.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR