“Pandemiya KİV-lərin 90%-nə maliyyə zərbəsi vurub”

Koronavirus pandemiyası dünyada KİV-lərin 90%-nin maliyyə vəziyyətinə güclü mənfi təsir göstərib.

Metbuat.az xəbər verir ki, bu barədə müəlliflərindən biri UNESKO-nun Baş direktoru Odre Azule olduğu məqalədə deyilir.

Material Vindhukda UNESKO ilə Namibiya hökumətinin bərabər keçirdiyi Ümumdünya mətbuat azadlığı konfransı ilə əlaqədər həftəlik “Le Journal du Dimanche” qəzetində dərc edilib.

“Medianın rəqəmsallaşdırılması müstəqil KİV-lərin iqtisadi dayanıqlığına kəskin dəyişikliklər edib, onların müxtəlifliyinə mənfi təsir göstərib, çünki onlar internet platformalarından asılı vəziyyətə düşüb, onlara kömək etmək istəyən azdır. Bütün bunlar insanların keyfiyyətli informasiya almaq hüququna zərbə vurub. Bu sual pandemiya kontekstində xüsusilə kəskinləşib, hansı ki, dünyada KİV-lərin təxminən 90%-də gəlirlərin azalmasına gətirib çıxarıb”, - UNESKO-nun Baş direktoru bildirib.

Azule bununla bağlı jurnalistikanın öyrənilməsi üzrə “Reutes” İnstitutunun məlumatlarını diqqətə çatdırıb. Bu məlumatlara görə, müstəqil KİV-lərin maliyyə itkilərinin ümumi həcmi 30 milyard dollar təşkil edir.

“Müstəqil KİV-lər maliyyə vəziyyəti son dərəcə qeyri-sabit olan qurumlardır. Pandemiya onlara ağır zərbə vurdu və bunun nəticələri hamımıza təsir edir”, - Odre Azule vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR