Elnur Məmmədov XİN-də bu idarələrə nəzarət edəcək -

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin olunub.

Metbuat.az xəbər verir ki, yeni müavin təyinatından sonra XİN-in strukturunda bir sıra dəyişikliklər edilib.

Dəyişikliklərlə yeni müavinin nəzarət edəcəyi idarələr müəyyənləşdirilib.

Amerika idarəsi, Asiya İdarəsi, UNESCO üzrə Azərbaycan Respublikasının Daimi Katibliyi, Ümumi Katiblik, Linqvistik təminat idarəsi, Arxiv İdarəsi, İşlər İdarəsi, Xüsusi şöbə bundan sonra E.Məmmədovun nəzarətində olacaq.

Qeyd edək ki, E.Məmmədov sözügedən təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər təhsil nazirinin müşaviri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR