Sergey Lavrov “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib -

Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdakı “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova rəsmi "Facebook" səhifəsində paylaşıb.

O, qeyd edib ki, S.Lavrov İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş qəhrəmanların xatirəsi ehtiramla yad edib, kompleksin önünə əklil və gül qoyub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR