“Avroviziya”nın yarımfinalı keçirilir -

Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilir.

Metbuat.az xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən Samirə Əfəndi “Mata Hari” mahnısı ilə səhnəyə 14-cü sırada çıxacaq.

Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birsdir. Bu gün Azərbaycanla yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta təmsilçiləri də çıxış edəcəklər.

Xatırladaq ki, Niderland krallığının Rotterdam şəhərində keçirilən beynəlxalq müsabiqədə 39 ölkə təmsil olunur. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də keçiriləcək, final yarışması mayın 22-də baş tutacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR