Monteneqro və Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan və Monteneqro arasındakı turizm əlaqələri, inkişaf perspektivləri, pandemiya dövründə turizm sahəsi üzrə görülən işlər və təcrübə mübadiləsi məsələləri iyunun 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Monteneqronun Azərbaycandakı qeyri-rezident səfiri Perişa Kastratoviç arasında müzakirə olunub.

Metbuat.az xəbər verir ki, Monteneqro nümayəndə heyətinin tərkibində Monteneqronun Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Zeljko Raduloviç və Monteneqronun Azərbaycandakı Fəxri Konsulu Vüqar Əliyev təmsil olunublar.

Görüşdə Agentlik sədri qeyd edib ki, işğaldan azad olunmuş Qarabağ bölgəsi yeni turizm destinasiyası olaraq inkişaf etdiriləcək.

Səfir Perişa Kastratoviç ölkəsinin viza rejimini sadələşdirməsi prosesindən və bunun nəticəsində Azərbaycan vətəndaşlarının Monteneqroya səfəri zamanı viza almaq öhdəliyindən azad olunmasının üstünlüklərindən bəhs edib.

Görüş zamanı pandemiyadan sonrakı dövrdə turizmin bərpası istiqamətində planlaşdırılan addımlar haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı