Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Pirşağı" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində və "Bilgəh" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən biri azyaşlı olmaqla 3 nəfər xilas olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR