Azərbaycanda ailə qətliamı:

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb.

Metbuat.az "xezerxeber.az"-a istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib.

Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Ruhiyyə Məhərrəmovanı və qayınatası 1936-cı il təvəllüdlü Əmirxan Əflatunovu qətlə yetirib. Daha sonra öz canına qəsd edib.

Həyata yoldaşı tərəfindən mütəmadi incidildiyi iddia edilən Ruhiyyə Məhərrəmovanı təxminən 10 gün əvvəl qardaşı Elvin Əflatunov Əsgərbəyli kəndində olan ata evinə gətirib. Bu müddət ərzində yeznələri Nizami Məhərrəmov onları ölümlə hədələyib.

Məsələ ilə bağlı Sabirabad rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Nizami Məhərrəmov 10-15 gün öncə arvadı Ruhiyyə Məhərrəmovanın öz atası evinə getməsinə qəzəblənərək qayınatası Əmirxan Əflatunovun rayonun Əsgərbəyli kəndində yerləşən evinə gələrək sonuncuları qoşalüləli ov tüfəngindən atəş açaraq öldürdükdən sonra həmin tüfənglə ürək nahiyəsinə atəş açaraq özünü öldürüb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Hazırda istintaq davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR