Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 3,1 % artaraq 9 milyard 813,4 milyon manat təşkil edib.