Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 72 milyard 711,7 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.