Yas məclisində karantin qaydaları pozuldu

Saatlıda karantin qaydalarının pozulduğu yas məclisi aşkar edilib.

DİN-in mətbuat xidmətinin Metbuat.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd kənd Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibi ilə izahedici söhbətlər aparılıb və həmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR