Orqan transplantasiya zamanı donor olan şəxslər peyvənd vurdura bilərlər.

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib.

“Bəzi donorlar bizdən soruşurlar ki, qaraciyərimin bir hissəsini vermişəm, peyvənd vurdura bilərmi? Təbii ki, donorlar da əməliyyatdan sonrakı müddətdə peyvənd vurdura bilərlər. Eyni zamanda hər bir vətəndaş kimi onlar orqan bağışlamamışdan əvvəl də normal dozada peyvəndi vurdura bilərlər. Bizim "Sinovac" peyvəndi üzərində bununla bağlı təcrübəmiz geniş oldu. Ola bilər ki, bu, "Sinovac"ın əvvəl gətirilən və daha əlçatan, geniş istifadə olunan peyvənd olması ilə əlaqədardı. Lakin dünyada həm “Sinovac”, həm "Pfizer-BioNTech" , həm də "Moderna" peyvəndləri ilə bağlı aparılan araşdırmalar var. Bu araşdırmalara əsasən sözügedən peyvəndlər orqan transplantasiyası edilmiş şəxslərə məsləhət görülüb”, - deyə o bildirib.