Ərdoğan Bakının işğaldan azad olunması münasibətilə paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə tviterdə paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:

"Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusu komandanı Nuru Paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə anıram. Bütün Azərbaycan xalqına salamlarımı və sevgimi çatdırıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR