MİQ imtahanlarının il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulur

Müəllimlərin işə qəbulu üzrə imtahanlarının ildə bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib.

O qeyd edib ki, bəzən MİQ müsabiqəsində namizəd imtahana gecikir, ya qanun pozuntusu edir, ya aşağı bal toplayır deyə yenidən imtahan vermək istəyir: "Bütün bunları nəzərə alaraq il ərzində bir neçə dəfə MİQ müsabiqəsi etmək istəyirik. Vakant yerlərin sayı ilə bağlı da müəyyən işlərə baxılacaq. MİQ-də istifadə olunan sualların məzmunu ilə bağlı hər hansı dəyişikliyin olması düşünülmür. Ola bilsin ki, yerləşdirmə test imtahanından fərqli keçirilsin. Hazırda detallar müzakirə olunur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)