Gorus-Qafan yolunda vəziyyət necədir?

"Gorus-Qafan yolunda vəziyyət nisbətən sakitdir".

Metbuat.az "aysor.am"a istinadən xəbər verir ki, bu barədə Gorus merinin müavini Qoris Kamo Koçaryan bildirib.

O qeyd edib ki, İran yük maşınlarının mümkün tıxac və bir yerə yığılmaları barədə heç bir məlumatı yoxdur, əks halda ona məlumat verilərdi.

Qeyd edək ki, son zamanlar İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR