İki ölkə arasında vəziyyət gərginləşdi:

Əlcəzair və Mərakeş arasında gərginlik yaranıb.

Metbuat.az xəbər verir ki, Əlcəzair Mərakeş üçün hava məkanını bağlayıb. Əlcəzairin Təhlükəsizlik Şurasının açıqlamasına görə, Mərakeşin bütün hərbi və mülki təyyarələrinə qadağa qoyulub.

Bildirilir ki, buna səbəb Mərakeşin düşməncə addımlar atması və təxribatlar törətməsidir. Mərakeş hadisə ilə bağlı açıqlama verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR