70 yaşlı qadın onu qarət etmək istəyən gənci peşman etdi -

Moskvada 70 yaşlı qadını qarət etmək istəyən 22 yaşlı gənc tezliklə bu əməlinə peşman olub.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, qadın yerlərdə sürünməyə baxmayaraq, çantasını buraxmayıb. Ətrafda olanlar tez qadının yardımına qaçıblar. Bunu görən gənc əliboş oradan uzaqlaşmalı olub.

Bununla bağlı kadrlar sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, qarətçi az müddət sonra hüquq mühafizəçilər tərəfindən saxlanılıb.

Onun barəsində cinayət işi açılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR