Gürcüstanda seçici fəallığı açıqlandı

Saat 17:00-a olan məlumata görə Gürcüstanda yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə seçici fəallığı 41,35% təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani məlumat yayıb. O bildirib ki, 1 446 218 seçici, artıq, səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, Gürcüstanda mer və sakrebulo (bələdiyyə) seçkiləri keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR