Azərbaycanın turizm məhsulları Rusiyada təbliğ olunub

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu oktyabrın 1-2-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən “Expotravel 2021” beynəlxalq turizm sərgisində ölkəmizin turizm imkanlarını təbliğ edib.

Metbuat.az-a Agentlikdən veeilən məluamta görə, sərgidə iştirakın məqsədi Azərbaycanın turizm məhsullarını Rusiyanın ən böyük vilayətlərindən olan Sverdlovsk sakinlərinə təqdim etmək, həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən turizm şirkətləri ilə tərəfdaşlıq əlaqələrini formalaşdırmaq olub.

Tədbirdə aktiv istirahətə həsr edilən plenar görüş keçirilib, habelə “TASS-URAL” media mərkəzinin təşkil etdiyi mətbuat konfransında, eləcə də Yekaterinburqun yerli televiziya kanalının səhər proqramında (https://bit.ly/2YieFyf) Azərbaycanın turizm imkanları haqqında geniş məlumat verilib.

Bundan əlavə, Azərbaycanın müalicəvi kurortlarına və dag-xizək mərkəzlərinə həsr edilmiş 2 təqdimat təşkil olunub.

1999-cu ildən etibarən keçirilən “Expotravel 2021” beynəlxalq turizm sərgisində bu il 15 ölkə iştirak edib və sərgini 4 500-ə yaxın şəxs ziyarət edib.

Bu il iyulun 10-dan Rusiya vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə müəyyən edilmiş şərtlərlə səfər edə bilirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı