Dünən sosial şəbəkə istifadəçilərinin məlumatları oğurlanıb?

Xəbər veriyimiz kimi, dünən "Facebook", "Whatsapp", "Instagram" sosial şəbəkələrinin fəaliyyətində saatlarla problem yaşanıb.

Metbuat.az xəbər verir ki, saatlar sonra sosial şəbəkələrin işi bərpa olunsa da, istifadəçi məlumatlarının oğurlanması ilə bağlı xəbərlər yayılıb. Texnobloqçu Fərid Pərdəşünas bildirib ki, "Dark web"də "Facebook" istifadəçisinin şəxsi məlumatlarının satışa çıxarılması məlumatı hələ dəqiq deyil:

"Gecənin ən qorxulu xəbəri "Dark web"də 1.5 milyard Facebook istifadəçisinin şəxsi məlumatlarının satışa çıxarılması oldu. Bu məlumatlar arasında ad, soyad, nömrə və məkan məlumatları yer alır. Lakin bu oğurlanma faktı hələki təsdiqini tapmayıb. Satıcı bütün məlumat bazasını hələ ki, açmayıb. 5000 dollara 1 milyon istifadəçi məlumatı satılıb. Şəbəkə hazırda işlək olsa da porblemlər hələ davam edəcək. Paylaşımların istifadəçilərə çatmasında ciddi problemlər var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR