Feysbuk, İnstaqram və Vatsap niyə çökmüşdü? -

“Facebook” qurucusu Mark Zukerberq bir sıra ölkələrdə “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinin işində yaranan problemə görə sosial şəbəkələrin istifadəçilərindən üzr istəyib.

Metbuat.az xəbər verir ki, bu barədə “Facebook” şirkətinin məlumatında deyilir.

“Məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdə cavabdeh olan magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişiklikləri şəbəkənin kəsilməsi ilə nəticələnib”.

Açıqlamada istifadəçi məlumatlarının oğurlandığı məlumatlarına da aydınlıq gətirilib. Şirkət yayılan məlumatların əsassız olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR