Xaçmaz rayonunda avtomobil iki məktəblini vurub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhərinin M.Ə.Sabir küçəsində qeydə alınıb.
"Opel" markalı minik avtomobili küçədə velosiped sürən 14 və 16 yaşlı iki yeniyetməni vurub. Onlar müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Hadisə ilə baqlı araşdırma aparılır