Ucarda xəsarətlə nəticələnən yol qəzası olub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə gün Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı minik avtomobili ilə LADA "VAZ 2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirərək magistraldan yolun kənarına çıxıb.

Qəza zamanı Ucar rayon sakini Kamran Eyubov və Göyçay rayon sakinləri – Rauf Məmmədli və Aynur Azəri xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.