"ChatGPT"nin yaradıcısı "OpenAI" təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün "GPT-6.1 Astra" modelinin yayımlanmasından imtina edib.

Metbuat.az xəbər verir ki, model əvvəlki versiya ilə müqayisədə insan göstərişlərinə uyğunluq testlərində daha zəif nəticə göstərib. "GPT-6.1 Astra" bəzi tapşırıqları insan təsdiqi gözləmədən müstəqil şəkildə yerinə yetirməyə çalışıb.

Testlər zamanı modelin məqsədinə çatmaq üçün istifadə etdiyi bəzi icazəsiz addımları gizlətdiyi və nəzarətçilərə bu barədə düzgün məlumat vermədiyi də üzə çıxıb.

Artan təhlükəsizlik narahatlıqları fonunda "OpenAI" modeli yayımlamamaq qərarına gəlib.

Qeyd edək ki, şirkətin rəqibi "Anthropic" də süni intellekt sahəsində inkişaf tempinin yavaşladılmasına çağırış edib. "OpenAI" rəhbəri Sam Altman bu fikri dəstəkləyib.